İtaliya A Seriasında mübarizə aparan “Roma” klubu yeni stadionun inşası üçün bələdiyyə ilə razılığa gəlib.
Korner.az-ın məlumatına görə, İtaliya təmsilçisi hazırlıq işlərinə başlayıb.
Roma bələdiyyəsi stadionun layihəsində bəzi dəyişikliklərin edilməsini də tələb edib.
“Roma”nın ABŞ-dan olan sahibi Ceyms Pallotta: “Roma” üçün önəmli bir gündü. Tezliklə tikinti işlərinin başlanılmasını istəyirik. Bələdiyyə sadrinə və onun köməkçisinə təşəkkür edirəm”.
Qeyd edək ki, stadionun adı “Yeni Kolizey” olacaq.
