“Qarabağ”ın Çempionlar Liqasındakı qrup mərhələsindəki rəqibi “Roma” ciddi itki ilə üzləşib.
Komandanın yeni transferi Patrik Şik zədələnib. Əzələsində problem olan 21 yaşlı hücumçunun yekun durumu qarşıdakı 48 saat ərzində müəyyənləşəcək.
Şik ötən ay “Sampdoriya”dan “Roma”ya keçib.
