Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu xəbəri klub saytı verib.
Paytaxt təmsilçisinin baş məşqçi vəzifəsi Lusiano Spalettiyə tapşırılıb.
56 yaşlı mütəxəssis sabiq komandası ilə bu gün rəsmi müqavilə imzalayıb. Lakin müqavilənin müddəti açıqlanmayıb. Spaletti bu vəzifədə dünən istefaya göndərilən Rudi Qarsiyanı əvəzləyib.
