“Roma”nın koronavirusa yoluxan futbolçusu sağaldı
24.11.2020 , 18:10

“Roma”nın koronavirusa yoluxan futbolçusu Edin Dzeko sağalıb.
Korner.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabından məlumat yayıb.
Onun sonuncu koronavirus testi neqativ nəticələnib.
Qeyd edək ki, Dzeko noyabrın əvvəlində koronavirusa yoluxmuşdu.
