“Roma”nın hücumçusu klubunu dəyişir
24.06.2025 , 13:55

“Roma”nın hücumçusu Eldor Şomurodov klubunu dəyişməyə yaxındır.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
29 yaşlı futbolçunun “Kremoneze” klubuna keçəcəyi gözlənilir.
Özbək oyunçunun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
