Futbol

“Roma”nın futbolçusu “Liverpul”la razılığa gəldi

02.06.2017 , 11:11

“Roma”nın yarımmüdafiəçisi Məhəməd Salah “Liverpul”a transfer olunmağa yaxındır.

Korner.az-ın məlumatlna görə, 24 yaşlı oyunçu İngiltərə klubu ilə razılığa gəlib. “Liverpul”un M.Salaha ilinə 4.5 milyon avro ödəməyə hazır olduğu bildirilib.

“Roma” bundan əvvəl misirli futbolçu üçün “Liverpul”un 34 milyon avroluq təklifini rədd edib. Klub M.Salahı 40 milyon avroya satmaq istəyir.

“Roma” “fair-pley” qaydalarına görə iyunun 30-a qədər yüksək məbləğə futboçulardan birini satmalıdır. İtaliya klubunun məhz bu səbəbdən oyunçunun 35 milyon avroya transferinə razı ola biləcəyi vurğulanıb.

Son yazılar

Yuxarı