“Qəbələ”nin
baş məşqçisi Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi” ilə
oyundan sonra mətbuat konfransı keçirib.
Korner.az-ın
məlumatına görə, bu haqda sportnet.az saytı xəbər yayıb.
Ukraynalı
mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin
suallarını cavablandırıb:
–
Qeyd etmişdiniz ki, sizə qaçan yox, qol vurmağı bacaran hücumçuya ehtiyacınız
var Subotiçi bu cür hücumçu saymaq olar?
–
Bugünkü oyun göstərdi ki, bəli! Hücumçularımı tənqid etmişəm. Ancaq bununla
yanaşı, onlara dəstəyimi də göstərirəm. Hücumçularla bu cür hallar olur.
Vurmadıqca, tutulurlar. Ümid edirəm ki, bu uğursuzluq arxada qalacaq.
– Bu
gedişlə “Qəbələ”nin heyətində ən çox qovulan siz olacaqsınız…
– Bu,
xoş deyil, amma rekord rekorddu. O ki qaldı epizoda, buna sadəcə, gülürəm.
Çünki adi qərara emosional reaksiya verdikdə, qonaq komandanın ehtiyat
oyunçular skamyasından kimsə üstümə şığıyır, əlini gözümə soxur. Özü də həmin
adam heç baş məşqçi də deyil. “Neftçi”nin baş məşqçisi Elxan
Abdullayevə böyük hörmətim var. Hadisə isə bizim ev sahibi olduğumuz oyunda baş
verir. Nəticədə məni qovurlar.
– Qol
ofsayddan vuruldu. Bunu şərh etməyinizi istəyərdik…
– Mənə
bu barədə məlumat verdilər. Epizodun təkrarına baxmaq lazımdır. Ancaq hakim köməkliyi
ilə xal və xallar mənə lazım deyil. Sadəcə, bizə qarşı o qədər ədalətsizliklər
olur ki… İstəmirəm, nə bizə kömək etsinlər, nə də rəqiblərimiz hakim köməkliyi
ilə xal ehtiyatlarını artırsın. Mübarizənin şəffaf keçməsini arzulayıram.
