Ukrayna 1-ci Liqasında mübarizə aparan “Dinamo” “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku komandanın başına gətirmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, bu haqda Ukrayna mediası xəbər yayıb.
Kiyev təmsilçisinin prezidenti hazırkı baş məşqçisi Sergey Rebrovun yerinə 3 mütəxəssis düşünür. Roman Qriqorçuqdan başqa, namizədlər arasında “Verder”in sabiq baş məşqçisi Viktor Skripnik və “Dinamo”nun (Moskva) baş məşqçisi Yuri Kalitvinstev də var.
Xatırladaq ki, Roman Qriqorçukun “Qəbələ”ylə müqaviləsi mövsümün sonunda başa çatacaq.
