"Beş oyundur qələbəyə həsrət qalmışıq. Xoş olmayan statistikadır. Halbuki qalib gələ bilmədiyimiz oyunlardan 3-də qələbəyə yaxın idik. Sadəcə qol epizodlarında realizə aşağı səviyyədə idi".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Sumqayıt" – "Qəbələ" matçından sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı çalışdırıcı komandasının bugünkü oyununundan razı qalmadığını da söyləyib: "Bu gün yaxşı oynamadıq və istədiyimiz nəticəni ala bilmədik. 5 oyundu qalib gələ bilmirik, bəli, bu, statistikadı. Ancaq bu 5 oyunu ümumiləşdirmək yox, hər birinə ayrı-ayrılıqda yanaşmaq lazımdı. 3 hücumçumuzun köməyindən yararlana bilmirdik və onları əvəzləyə biləcək heyətə sahib deyilik. Seçimimiz çox məhduddur. PAOK-la oyunda kimlərin meydana çıxacağını indidən deyə bilmərəm. Hələ vaxtımız var, məşqlərdən sonra qərarımızı verəcəyik".