“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın Odessa şəhərində səfərdə olarkən “Reportyor” verlişində qonaq olub.
Korner.az-ın məlumatına görə, o, azərbayncanlı jurnalistlər haqda maraqlı fikirlər səsləndirib:
“Müxtəlif tip jurnalistlər var. Təəssüf ki, peşəkarlıqdan yaxından-uzaqdan əlaqəsi olmayan jurnalistlər çoxdu. Buna baxmayaraq, onlar arasında ciddi və əsl professional hesab ediləcək jurnalistlər də var, hansı ki onlarla münasibət qurmaq olar. Komanda yeni qurulanda məğlubiyyətlər olmalı idi. Belə vaxtlarda peşəkarlıq zirvəsindən uzaq olan jurnalistlər öz “bacarığını” göstərirdi. Düzü buna təəccüb qalırdım. Fikirləşdim ki, mətbuatı oxumayım. Öz prisipimlə hərəkət edim. Bunları etsəm uğur qazana biləcəm”
