Roman Qriqorçuk “Astana”nı tərk etdi
17.08.2018 , 19:15

Qazaxıstan təmsilçisi “Astana”nın baş məşqçisi Roman Qriqorçuk müvəqqəti olaraq klubu tərk edib
Mütəxəssisin bu addımına səbəb onun şəxsi işləri olub. Yerli mətbuata verdiyi açıqlamada bildirib ki, onun yoxluğunda baş məşqçi vəzifəsini köməkçisi Qriqori Babayanın yerinə yetirəcək. Çalışdırıcı, nə zaman geri dönəcəyini açıqlamayıb.
Qeyd edək ki, Qriqorçuk bu ilin may ayında “Qəbələ”ni tərk edərək “Astana”nın sükanı arxasına keçib.
