Topaz Premyer Liqasının VII turunda “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul etdi.
Korner.az-ın məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qalibiyyətilə başa çatdı.
Oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavabıandırıb.
– Özünüzü oyundan qabaq necə hiss edirdiz və indi necəsiniz?
– Oyundan əvvəl də, indi də yaxşı hiss edirdim. Bu gün qələbə qazandıq. Xüsusi sevindirir ki, biz bu gün əla oynadıq. Bu mənim arzu etdiyim futboldu.
– İki fərqli hissə izlədik. İkinci hissədə “Qarabağ” üstün idi. Bu sizin tapşırığınız idi, ya “Qarabağ”ın təziyiqi vadar etdi?
– İkinci hissədə “Qarabağ”ın təzyiqi olduğu ilə razılaşmıram. Normaldı ki, rəqib qol vurmağa çalışır. Onlar taktiki cəhətdə əla oynadı. Təbii ki, səhvsiz keçinmək olmur. Futbolçulara afərin deyirəm.
– Ozobiçin qolu uzaqdan daha çox görünürdü, ya “Qəbələ”nin çempionluğu?
– Çempionluq haqqında hələ nəsə deməməliyik. Bizim yanaşmamız dəyişməyib – addım-addm istədiyimzlə bağlı hərəkət edirik. Hər oyun güclənməyə doğru gedirik. Bundan sonra bizim futbolçular millidə olacaq, yarısı da istirahət edəcək. Sonra da yolumuza davam edəcəyik. Növbəti oyunda daha yaxşı olmağa çalışacağıq.
– Komanda yüksəlişdədi. Qarşıdaki fasilənin vaxtsız gəldiyini düşünürsünüzmü?
– Fasilə, əksinə bizə kömək edə bilər. Vaxtımız çox sıx idi. Belə qrafikdə oyunçular əla sürət göstərdilər. Onlara böyük təşəkkür edirəm. Razıyam ki, tez öyrənirlər və inkişaf edirlər.
– Əgər legioner limiti olmasa Qriqorçuk meydana azərbaycanlı futbolçu buraxar?
– Son avrokubok oyunlarında 3 oyunçu oynadı. Əgər futbolçu yaxşı oynayırsa, inkişaf edirsə, onun milliyəti vacib deyil. Belə suallar mənə xoş deyil. Ola bilsin ki, mənə azərbaycanlı deyiləm. Demək olmaz ki, azərbaycanlı futbolçular legionerlərlə eyni səviyyədə deyil. Mən bütün futbolçularımı sevirəm. Əsas heyət üçün oyunçu seçənddə pasporta baxmırıq. Oyun çox möhtəşəm oldu və bu oyunda çoxlu azərbaycanlı vardı. Bu onun təsdiqidi ki, onlar var. Təbii ki, çox olmasını istəyirik.
– Hazırki “Qəbələ” fikrinizdə olan furbol fəlsəfəsini nə dərəcədə həyata keçirir?
– Deməzdim ki tam olaraq həyata keçirir. Bu tam ideal olmalıdı ki, o da mümkün deyil. İlk hissədə yaxşı epizodlar oldu. Mənə xoş oldu, amma yenə də ideal olmaq üçün üzərində işləməliyik.
– Qriqorçuk özünü Azərbaycanda rəqibsiz baş məşqçi hesab edirmi?
– Belə şeyi demək necə mümkündü? Rəqibi gördük. Futbolçularıma “Qarabağ” haqda çox xoş sözlər dedim. O qədər çox təriflədim ki, onlar mənə qəribə baxdı və bundan sonra onlardan üzr istədim (gülür). Bu komandaya, məşqçiyə xüsusi hörmətlə yanaşıram. Biz bu gün çempionat haqda danışmalıyıq. “Kəpəz”, “İnter” və “Zirə” də yaxşı oyuna malikdilər.
