Topaz Premyer Liqasının XVI turuna Zaqatalada keçirilən “Simurq” – “İnter” oyunu ilə start verildi. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşdı.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, “İnter”in məşqçisi Roman Cəfərov oyundan sonra fikirlərini bildirib:
“Oyun maraqlı keçdi. Qarşılaşma azarkeşləri gərginlikdə saxladı. Mübarizə var idi. Topu daha çox özümüzdə saxlasaq da, birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə biz bunu bacardıq. Son dəqiqədə vurulan qola görə futbolçularımızı təbrik edirəm. Kaxaber Sxadadze texniki zonada olmasa da, matçdan öncə futbolçulara öz tapşırıqlarını verir”.
