“İlk hissədə oyunumuz alınmadı”.
Korner.az-ın məlumatına görə bu sözləri “İnter” klubunun baş məşqçisi Roman Cəfərov Topaz Premyer-Liqasının 6-cı turu çərçivəsində keçirilən “Neftçi”-“İnter” oyunundan sonra deyib.
“İkinci yarıda toparlandıq, qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra rəqibə bir epizpd verdik. Komandanın hücum xəttində uyğunlaşma problemi var. Zamanla düzələcəyinə ümid edirik”.
