“Roma”dan yeni transfer
16.01.2026 , 12:57
“Roma” heyətinə yeni hücumçu əlavə edib.
Korner.az xəbər verir ki, “Aston Villa”nın forvardı Doniell Malen icarə əsasında “Roma”ya transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən, mövsümün sonunda klub 26 yaşlı oyunçunu daimi olaraq transfer etmək hüququna malikdir.
Niderland millisinin üzvü olan Malen bu mövsüm 29 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.