“Roma”dan yeni transfer
28.07.2024 , 19:36

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi İsveçin “Yurqorden” klubundan Samuel Dahlı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçinin keçidi “Roma”ya 4,3 milyon avroya başa gəlib.
