“Roma”dan yeni transfer
29.08.2022 , 17:25

İtaliya millisinin üzvü Andrea Belottinin “Roma”ya keçidi rəsmiləşib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə 1+2 illik müqavilə imzalanıb.
O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Futbolçunun son çıxış etdiyi klub “Torino” olub.
