“Roma”dan “Valensiya”ya
31.01.2020 , 18:52

“Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “Roma”dan müdafiəçi Alessandro Florensini heyətinə cəlb edib.
28 yaşlı futbolçu La Liqa klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Alessandro “Roma”da 226 oyun keçirib, 25 qola imza atıb.
