“Roma”dan “Şaxtyor”a təklif – Tayson üçün
03.08.2018 , 16:12

“Şaxtyor”lu futbolçu Tayson karyerasını İtaliyada davam etdirə bilər
İtaliya mətbuatının yaydığı iddiaya görə, 30 yaşlı yarımmüdafiəçiyə “Roma” klubu “elçi” düşüb. Məlumatda bildirilir ki, paytax klubu Donetsk təmsilçisinə 25 milyon avroluq təklif göndərmək niyyətindədir.
Qeyd edək ki, Tayson 2013-cü ildən “Şaxtyor”da çıxış edir.
