“Roma”dan “Qranada”ya
03.09.2019 , 19:46

İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, klub “Roma”nın yarımmüdafiəçisi Maksim Qonalonu heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı fransalı futbolçu mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.
Lion “Olimpik”inin yetirməsi olan Qonalon, “Roma”ya 2017-ci ildə transfer olunub.
