“Roma”dan növbəti transfer
17.07.2019 , 16:33

İtaliyanın “Roma” klubu daha bir futbolçunu heyətinə cəlb edib.
Kotner.az klubun saytına istinadən yaydığı xəbərə görə,paytaxt təmsilçisi “Atalanta”dan Canluka Mançinini transfer edib.Bu keçid üçün klub 26 milyon avro təzminat ödəyib.Futbolçuyla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki,”Atalanta” müdafiəçini 2017-ci ildə “Perucia”dan 1,2 milyon avroya transfer etmişdi.
