“Roma”dan növbəti transfer – Rəsmi
24.01.2025 , 15:42

“Roma” daha bir transferini açıqlayıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Atalanta”dan Pyerluici Qollininin keçidini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qapıçı ilə 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
