“Roma”dan koronavirusla mübarizə üçün 100 min avro
15.04.2020 , 20:23

İtaliyanın “Roma” klubu koronavirusla mübarizəyə dəstək olmaq üçün daha 100 min avro pul toplayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub satışa buraxdığı formalardan 5 günə 100 min avro pul yığıb. Satışın daha iki gün davam etdiriləcəyi bildirilir.
