“Roma”dan Dibala qərarı
07.01.2025 , 18:45
“Roma” hücumçusu Paulo Dibala ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçunun müqaviləsini uzadacaq.
Tərəflər arasında yaxın zamanda yeni sözləşmənin imzalanacağı gözlənilir.
31 yaşlı hücumçu bu mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.