“Roma”dan “Beşiktaş”a?
30.06.2025 , 12:25

“Roma”nın futbolçusu Tommi Abraham karyerasını Türkiyədə dacam etdirəcək.
Korner.az xəbər verir ki, 27 yaşlı oyunçu “Beşiktaş”la artıq razılığa gəlib.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, Super Liqa klubunun 27 yaşlı hücumçu üçün 20 milyon avro ödəyəcəyi bildirilib.
Abrahamın yaxın günlərdə müqavilə imzalamaq üçün İstanbula gələcəyi gözlənilir.
