“Roma”dan ayrılır?
16.01.2025 , 13:10

“Roma”nın futbolçusu Lorentso Pelleqrini klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, “Qalatasaray”ın italiyalı oyunçu ilə maraqlandığı iddia olunur.
Paytaxt təmsilçisi isə yarımmüdafiəçini komandada saxlamaq fikrindədir.
Lakin futbolçuya yeni müqavilə təklif olunmayıb. Bu halda 28 yaşlı futbolçunun Türkiyə klubuna keçəcəyi gözlənilir.
