“Roma”dan ayrılır, bu kluba keçir
23.10.2024 , 10:57

“Roma”nın hücumçusu Paulo Dibala klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Futbolçu ilə “Sevilya” klubu yaxından maraqlanır.
La Liqa təmsilçisi oyunçunu mövsümün sonunda transfer etməyi planlaşdırır.
Dibalanın paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti yayda bitəcək.
