“Roma”dan ayrıldı, ərəb klubuna keçdi
17.07.2024 , 12:40

“Əl-İttihad” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Roma”dan Hussem Auarı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 26 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalandığı bildirilib.
