“Roma”da yeni müqavilə
17.07.2023 , 16:57

“Roma”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçusu Stefan El Şaaravi ilə sözləşməni uzadıb.
Klubun yaydığı xəbərdə, 30 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2025-ci ilin yayına qədər artırıldığı qeyd olunub.
Şaaravi 2021-ci ildən “Roma”da çıxış edir.
