“Roma”da yeni müdafiəçi
24.01.2025 , 11:55

“Roma” yeni transferini həyata keçirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Ayaks”dan Devyn Renşi heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb.
Paytaxt klubu bu transfer üçün qarşı tərəfə 6 milyon avro ödəyib.
