UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Roma” itki ilə üzləşib.
“Canavarlar”ın hücumçusu Stefan El-Şaraavi sıradan çıxıb. O, DÇ-2018-in seçmə mərhələsində Albaniya ilə görüşdə zədələnib. Hücumçu qarşıdakı 1-2 həftə meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Roma”da El-Şaraavidən başqa Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.
