Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” itki ilə üzləşib.
İtaliya klubunun üzvü Lorenso Pelleqrini sıradan çıxıb.
Ötən həftə sonu “Milan”a qarşı oynayan gənc yarımmüdafiəçinin millinin düşərgəsinə qoşulduqdan sonra zədəli olduğu məlum olub.
Bu səbəbdən də o, qarşıdakı 7-10 gün ərzində yaşıl meydandan kənarda qalacaq.
Hələlik Pelleqrininin noyabrın 14-də “Napoli”yə qarşı oyuna qədər sıraya dönüb-dönməyəcəyi məlum deyil.
