“Roma”da gənc oyunçu
10.07.2024 , 23:40

Yeni mövsüm üçün çalışmalarını davam etdirən “Roma” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Renn”dən yarımmüdafiəçi Enzo Le Fini heyətinə qatıb.
Klubun yaydığı açıqlamada, futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
İtaliya klubu bu transfer üçün “Renn”ə 23 milyon avro ödəyəcək.
Ötən mövsüm “Renn”in heyətində 35 matça çıxan Le Fi 5 məhsuldar ötürmə edib.
