“Roma”da daha bir istefa reallaşa bilər
08.03.2019 , 15:12

İtaliyanın “Roma” klubunda daha bir istefa gerçəkləşə bilər.
İtaliya mətbuatına görə, klubun baş məşqçi Eusebio Di Françeskonun istefaya göndərilməsindən sonra indi də klubun idman direktoru Monçinin də istefa etməsi gözlənilir.
Qeyd edək ki, “Roma”nın Çempionlar Liqasında “Portu” klubuna 3:1 hesabı məğlubiyyətindən sonra klubun baş məşqçisi ilə yollar ayrılmışdı.
