“Roma”nın hücumçusu FrançeskoTotti bu gün A Seriyasının 16-cı turunda “Milan”a qarşı oyununu buraxacaq.
Korner.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, komandanın baş məşqçisi Luçano Spaletti 40 yaşlı futbolçunun səhhətinin pisləşməsi səbəbindən matçın iştirakçıları sırasına salınmayacağını deyib.
Qeyd edək ki, “Roma” – “Milan” oyunu Bakı vaxtı ilə saat 00.00-da başlanacaq.
