Belçika millisinin və “Roma”nın futbolçusu Radja Nainqqolan zədələnib
29 yaşlı yarımmüdafiəçi millinin düşərgəsində məşq zamanı sıradan çıxıb. Bu səbəbdən o, Meksika və Yaponiya ilə yoxlama oyunlarını buraxacaq.
R.Nainqqolanın durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, “Roma” “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.
