“Roma”nın hücumçusu Jervinyo sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, Fil Dişi Sahili millisinin futbolçusu “DÇ-2018″in seçmə mərhələsində Liberiyaya qarşı (3:0) matçda zədələnib.
Onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu isə o deməkdir ki, Jervinyo A seriyasında bir neçə oyunu və Çempionlar Liqasında “Barselona”ya qarşı görüşü buraxacaq.