“Roma”da braziliyalı müdafiəçi
28.01.2020 , 20:45

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, paytaxt klubu “Atalanta”dan müdafiəçi Rocer İbanesi heyətinə cəlb edib.
“Roma” braziliyalı mərkəz müdafiəçisini 2021-ci ilin yayına kimi icarəyə götürüb.
22 yaşlı müdafiəçi “Roma”da 41 nömrəli formanı geyinəcək.
