“Roma” “Yuventus”la heç-heçə etdi – Video
02.03.2026 , 10:00
İtaliya A Seriyasında 27-ci turun maraqlı qarşılaşmalarından biri Romada baş tutub.
Korner.az xəbər verir ki, “Roma” doğma meydanda “Yuventus”u qəbul edib. Altı qolun vurulduğu gərgin oyunda qalib müəyyənləşməyib – tərəflər 3:3 hesablı heç-heçə ediblər.
Meydan sahiblərinin qollarını Vesli (39), Ndika (54) və Malen (65) vurublar. Turin təmsilçisinin heyətində isə Konseysao (47), Boqa (78) və Qatti (90+3) fərqləniblər.
Bu nəticədən sonra “Roma” xallarını 51-ə çatdıraraq 4-cü pillədə qərarlaşıb. “Yuventus” isə 47 xalla 6-cı sıradadır.