“Roma” rəhbərliyi yeni məşqçi axtarışına çıxıb.
Korner.az-ın məlumatına görə, “canavarlar” hazırkı çalışdırıcı Rudi Qarsiyanın işindən narazıdılar.
Məhz bu səbəbdən paytaxt klubunun sahibi Ceyms Pallotta onunla yolların ayrılmasına dair göstəriş verib.
Həmin postu tutmağa 2 real namizəd var. Bunlar Luçano Spalletti və Marselo Byelsadı. Byelsadan fərqli, Spalletti əvvəl “Roma”nı çalışdırıb.
