“Roma” yeni hücumçu axtarışında
13.01.2026 , 12:57
“Roma” transfer bazarında ciddi addım atmağa hazırlaşır.
Korner.az xəbər verir ki, İtaliya təmsilçisi hücum xəttini gənc futbolçu ilə gücləndirməyə yaxındır.
Xarici KİV yazır ki, paytaxt klubu Fransanın “Marsel” komandasında çıxış edən Robinyo Vazın keçidi üzrə razılıq əldə edib. 18 yaşlı forvardın transferi üçün “Roma”nın qarşı tərəfə 25 milyon avro ödəyəcəyi bildirilir.
Mənbələrin sözlərinə görə, futbolçu yaxın günlərdə Romaya səfər edəcək. O, tibbi baxışdan keçdikdən sonra klubla uzunmüddətli müqaviləyə imza atacaq. Keçidin bu həftə ərzində rəsmiləşdirilməsi planlaşdırılır.
Xatırladaq ki, gənc hücumçu cari mövsüm Fransa çempionatında 14 qarşılaşmada iştirak edib, 4 dəfə fərqlənib və 2 qolun ötürməsini verib.