“Roma” yenə qələbə qazana bilmədi – VİDEO
04.04.2019 , 12:00

İtaliya çempionatında 30-cu turun görüşləri keçirilir.
Uğursuz günlərini yaşayan “Roma” doğma meydanda “Fiorentina” kollektivi ilə qarşılaşıb. 90 dəqiqə tamamında sevinən tərəf olmayıb və görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticələrdən sonra “canavarlar” 7-ci sıraya yuvarlanıb. Fiorentina isə əvvəlki kimi 10-cu pillədədir.
3 aprel, çərşənbə
İtaliya çempionatı
“Roma” – “Fiorentina” 2:2
Qollar: 12′ Jermen Pezela (0:1), 14′ Nikola Zaniola (1:1), 51′ Jerson (1:2), 57′ Dyeqo Perrotti (2:2)
