Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir. Bu gün keçiriləcək görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşəcək.
"Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" öz meydanında "Şaxtyor"la qarşılaşacaq. "Canavarlar" Donetskdə keçirilən ilk görüşdəki 1:2 hesablı məğlubiyyətə baxmayaraq növbəti mərhələyə daha şanslı hesab edilir.
Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edəcək. Ötən mövsüm Avrliqanın qalibi olan Joze Mourinyonun komandası səfərdə heç-heçə etdiyi rəqibini doğma azarkeşlər önündə məğlub etməyə çalışacaq.
Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
13 mart
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 1:0
İlk oyun – 1:2
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1 :2
İlk oyun – 0:0
