“Roma” üçün yeni namizəd
26.12.2018 , 13:44

“Roma”da Eusebuo De Françeskonun yerinə daha bir namizəd müəyyənləşib. Bu barədə İtaliya mətbuatı yazıb.
Bildirilir ki, paytaxt klubu baş məşqçisini istefaya göndərəcəyi haldA, bu post hazırda Albaniya yığmasını çalışdıran Kristian Panuççiyə tapşırıla bilər. Onun namizədliyini kapitan Daniele De Rossi və keçmiş forvard Françesko Totti dəstəkləyir.
17 turdan sonra “Roma” İtaliya A seriyasında 10-cu yerdə qərarlaşıb.
