“Roma” baş məşqçisi Luçano Spaletti ilə yolları ayırıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ona gələcək karyerasında uğurlar arzulanıb.
“Roma”nın yeni baş məşqçisinin Eusebio di Françesko olacağı gözlənilir.
Qeyd edək ki, “Roma” cari mövsüm İtaliya A seriyasını ikinci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
