“Roma” Pastoreyə əvəzləyici axtarır
07.12.2018 , 11:47

İtaliya A Seriyasında mübarizə aparan “Roma” çətin durumla üzləşib. “Canavarlar”ın futbolçusu Xavyer Pastorenin tez-tez zədələnməsi komandanı yeni futbolçu axtarışına çıxmağa məcbur edib.
Bu barədə Corriere dello Sport nəşri məlumat yayıb. Mənbədə iddia edilir ki, romalılar qışda Pastoreyə əvəzləyici axtaracaq. 29 yaşlı futbolçu bu mövsüm artıq 4 dəfə baldır əzələsindən xəsarət alıb.
Argentinalı futbolçu bu mövsüm 8 oyuna çıxıb və 2 qol ilə yadda qalıb
