“Roma” Pastorenin transferini bitirmək üzrədir
25.06.2018 , 19:40

Raca Nainqqolanı 24 milyon avro+Davide Santon və Nikola Zalino qarşılığında “İnter” satan “Roma” axtardığı yarımmüdafiəçini tapıb.
“Canavarlar” PSJ-dən Xavyer Pastorenin transferini bitirmək üzrədir. 29 yaşlı yarımmüdafiəçinin keçidində problem yaranmasa, onunla 4 illik müqavilə bağlanacaq. Bu transferdən PSJ 20 milyon avro qazanacaq.
2011-ci ildən PSJ-də çıxış edən argentinalı futbolçu son mövsümdə 37 oyuna 5 qol vurub, 6 assist edib.
