“Roma” onu transfer edir
03.04.2025 , 21:47

“Roma” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Liverpul”un hücumçusu Federiko Kyeza ilə maraqlanır.
Klub 27 yaşlı italiyalı üçün “Liverpul”a müraciət edəcək. “Roma”nın əsas məqsədi futbolçunu icarə əsasında heyətinə qatmaqdır.
Kyeza cari mövsümdə 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
