“Roma” “Milan”ın arzuladığı 20 milyon avronu ödəmək istəmir
23.04.2025 , 12:00

“Roma” icarə əsasında heyətinə cəlb etdiyi Aleksis Saelemakersin çıxışından razıdır.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçunu almaq üçün “Milan”la danışıqlara başlayıb.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Milan” Saelemaekers üçün 20 milyon avro tələb edir.
Lakin bu rəqəm “Roma” üçün xeyli yuxarıdır və İtaliya klubu bu məbləği ödəməyə razı deyil.
Cari mövsüm “Roma”nın heyətində 28 matçda meydana çıxan belçikalı oyunçu 6 qol vurub, 6 məhsuldar ötürmə edib.
