Roma metrosunda qəza: 30 rus azarkeş xəsarət aldı
24.10.2018 , 11:54

Romanın “Repubblica” metrostansiyasında eskalatorun sıradan çıxması nəticəsində 30 ÇSKA tərəfdarı xəsarət alıb.
Çempionlar Liqasının Roma – ÇSKA matçından öncə baş verən bədbəxt hadisədə ruslardan başqa da yaranananlar var.
Rusiya Federasiyasının İtaliyadakı səfirliyinin RİA “Novosti”yə verdiyi son açıqlamada belə deyilir: “Yaralanan otuz rus azarkeşdən yeddisini xərəkdə aparıblar. Onların vəziyyəti ağırdı. Beşi orta ağır durumdadırsa, yüngül yaralanan on səkkizi stansiyadan özü çıxa bilib”.
Qeyd edək ki, bu gecə baş tutan “Roma” – ÇSKA oyunu meydan sahiblərinin 3:0 hesablı zəfəriylə bitib.
